Bakı şəhəri, Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarında yanğın baş verib.
Azərbaycan Televiziyasının hadisə yerində olan əməkdaşı Vüsal Qaracanın verdiyi məlumata görə, yanğın lokallaşdırılıb.
Əməkdaşımız hadisə yerindən ən son məlumatları canlı bağlantı zamanı çatdırıb.
***
“EuroHome” tikinti materialları bazarında baş verən yanğın söndürülüb.
Bu barədə Azərbaycan Televiziyasının hadisə yerində olan əməkdaşı Vüsal Qaraca məlumat verib.